Prayk
Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis — Sənaye, istehsal
По договорённости

Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis

Проверено2 нед. назад
Дата
Просмотры
29
Номер
№5169192

Описание

Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək; İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək; İşçilər üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq; İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək; Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq; Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək; Yanğın, qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək; Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək; Fövqəladə hallar zamanı istifadə edilən mühafizə vasitələrinin, ilkin yardım ləvazimatlarının və digər müvafiq avadanlıqların vəziyyətinə nəzarətdə iştirak etmək; Əməyin mühafizəsi və mülki müdafiə üzrə hesabatları, aktları, jurnalları və digər sənədləri hazırlamaq və müvafiq qaydada qeydiyyatını aparmaq; Aidiyyəti dövlət qurumları və müəssisənin struktur bölmələri ilə müvafiq istiqamətlər üzrə koordinasiyanı təmin etmək. Namizədə tələblər: Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəs (dövlət müəssisələrində iş təcrübəsi üstünlükdür); ISO 45001 Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə biliklər; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya mülki müdafiə üzrə əlavə təlim və sertifikatların olması üstünlükdür; Azərbaycan Respublikasının əməyin mühafizəsi, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və mülki müdafiə sahələrini tənzimləyən normativ hüquqi aktları barədə biliklər; Peşə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması tədbirlərinin hazırlanması üzrə biliklər; Təhlükəsizlik təlimatlarının, müvafiq planların, aktların və hesabatların hazırlanması bacarığı; Fövqəladə hallara hazırlıq, təxliyə tədbirləri və təhlükəsizlik təlimlərinin təşkili barədə biliklər; MS Office proqramları, xüsusilə Word və Excel üzrə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı; Komandada işləmək, ünsiyyət qurmaq və əməkdaşlarla effektiv koordinasiya aparmaq bacarığı. İş rejimi: 5 günlük iş qrafiki İş saatı 09:00-18:00-dək Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. CV-lərinizi mövzu hissəsində “Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin. Son müraciət tarixi: 26.11.2026

Источник объявления

Открыть оригинал объявления

© Aqrar Tədarük və Təchizat jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp