Natiq Qasımovun taleyi otuz ildən artıq müddətdə 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsinin ən ağrılı və müəmmalı hadisələrindən biri olaraq qalırdı. Hamının yaddaşına sayca qat-qat üstün qüvvələr qarşısında sonadək müqavimət göstərən qorxmaz azərbaycanlı könüllü döyüşçü kimi həkk olunmuş Natiq igidlik, cəsarət, fədakarlıq və milli dəyanət rəmzinə çevrilmişdi. Lakin əsir düşmüş gəncin yaddaşlardan silinməyən o məşhur fotosunun arxasında üzə çıxarılacağı anı gözləyən daha dəhşətli bir həqiqət gizlənirdi. Bu təsirli albom-kitab Natiqin həyatının son günlərini şahid ifadələri, arxiv materialları, nadir fotoşəkillər və illərlə davam edən məqsədyönlü araşdırmalar əsasında yenidən canlandırmış və böyük əks-səda doğurmuş “Oğul” (“The Son”) sənədli filmini tamamlayır. Kino estetikasını şəxsi həyat hekayəti ilə birləşdirən kitab təkcə Milli Qəhrəmanın həyatını yox, həm də müharibənin qorxunc nəticələrini, onun insan talelərinə vurduğu dərin yaraları, həqiqət və ədalət uğrunda əbədi mübarizəni ortaya qoyur. Bu əsər cəsarətin və yaddaşın, eləcə də itirdiyi oğlunun xatirəsini yaşatmaq və həqiqətin ört-basdır edilib susdurulmasına bir daha imkan verməmək üçün qətiyyət göstərən bir ailənin sarsılmaz iradəsinin hekayəsidir.
Müəllif: TALE HEYDƏROV
Nəşriyyat: Teas Press
Dil: AZE
Cild: bərk
Səhifə sayı: 164
© libraff.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.