Prayk

Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis)

По договорённости
ПровереноВчера
Город
Bakı
Категория
Другое
Дата
Просмотры
4
Номер
№5441802

Описание

Prior Leasing şirkəti Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis) vakansiyası elan edir! Namizədə dair tələblər: Ali təhsil (marketinq,  menecment, jurnalistika və ya əlaqəli sahələr üzrə üstünlükdür). Tədbirlərin təşkili, event menecment və ya PR sahəsində 1–2 il iş təcrübəsi Korporativ tədbirlərin, konfransların, sərgilərin və təqdimatların təşkili üzrə təcrübə Tədbir büdcələrinin hazırlanması, xərclərə nəzarət və bazar araşdırması apararaq qiymət təkliflərinin hazırlanması bacarığı Güclü təşkilatçılıq, vaxtın idarə edilməsi və detallara diqqət Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini işgüzar səviyyədə bilmək MS Office proqramlarında sərbəst işləmək Regionlara ezamiyyətlərə hazır olmaq. Vəzifə öhdəlikləri: Şirkətin Bakı və regionlarda keçirilən daxili və xarici tədbirlərinin (korporativ tədbirlər, konfranslar, sərgilər, təqdimatlar və s.) konsepsiyasının hazırlanması, planlaşdırılması və təşkili Regional tədbirlər üzrə məkan, nəqliyyat, yerləşmə və digər logistika məsələlərinin təşkili, yerli podratçılar və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi Tədbir büdcələrinin və logistika xərclərinin hazırlanması, təsdiq olunmuş büdcəyə uyğun icrasına və xərclərin sənədləşdirilməsinə nəzarət Tədbir proqramlarının, ssenarilərin, qonaq siyahılarının və dəvətnamələrin hazırlanması Tədbir günü proseslərin yerində idarə edilməsi, iştirakçıların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yaranan problemlərin operativ həlli Regional sərgi, yarmarka, festival və təqdimatlarda şirkətin iştirakının təşkili Tədbirlərdən sonra nəticələrin, xərclərin və iştirakçı rəylərinin təhlili, hesabatların hazırlanması və tədbir materialları ilə avadanlıqların qorunmasına nəzarət Şirkətin brend standartlarına, korporativ etika və məxfilik qaydalarına riayət edilməsi. İş şərtləri: İş qrafiki: Həftədə 5 iş günü. İş yeri: Çinar Park Biznes Mərkəzi. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/203023/event-manager-tedbirlerin-teskili-uzre-mutexessis
РЕКЛАМА