
Bakı3
Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist

По договорённости
Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist
ОригиналВчера
Описание
Gündəlik, həftəlik və aylıq əməliyyat və idarəetmə hesabatlarını hazırlamaq. Kredit portfelinin göstəricilərini, o cümlədən verilmiş kreditləri, ödənişləri, kredit qalıqlarını və gecikmiş kreditləri təhlil etmək.Kredit portfeli üzrə əsas göstəriciləri (PAR, NPL, yığım göstəriciləri və s.) izləmək və təhlil etmək.Daxili informasiya sistemlərindən məlumatları toplamaq, ümumiləşdirmək və düzgünlüyünü yoxlamaq.Hesabat məlumatlarında uyğunsuzluqları, dəyişiklikləri və kənarlaşmaları müəyyən etmək.Rəhbərliyin sorğuları əsasında əlavə hesabatlar və analitik təhlillər hazırlamaq.Hesabat şablonlarını, analitik panelləri (dashboard) və məlumat bazalarını hazırlamaq və yeniləmək.Məlumatların düzgünlüyünü və uyğunluğunu təmin etmək məqsədilə Maliyyə, Kredit, Risklərin idarə edilməsi və Əməliyyatlar bölmələri ilə əməkdaşlıq etmək.
Tələblər:
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahə üzrə ali təhsil.Maliyyə institutlarında (FI), xüsusilə bank və ya bank olmayan kredit təşkilatlarında iş təcrübəsinin olması üstünlükdür.Kreditləşmə prosesləri, maliyyə hesabatlılığı və kredit portfelinin əsas göstəriciləri haqqında baza bilikləri.MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP/XLOOKUP və analitik formullar).Power BI, SQL və digər hesabatlılıq alətləri üzrə biliklər üstünlükdür.Güclü analitik düşünmə və problem həll etmə bacarığı.Detallara diqqət və məlumatlarla işləyərkən dəqiqlik.Böyük həcmli məlumatlarla işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı.Azərbaycan dilində sərbəst bilik, ingilis dili biliyi üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: AQA Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agagroup/agagroup-hesabatlar-uzre-mutexessis-reporting-specialist-54861488/apply
РЕКЛАМА











