Prayk
Hesabatlılıq şöbəsinin mütəxəssisi — Maliyyə
По договорённости

Hesabatlılıq şöbəsinin mütəxəssisi

ПровереноСегодня
Категория
Финансы
Дата
Просмотры
5
Номер
№5853620

Описание

Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək; Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq; Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək; Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi; Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması; Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək; Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi. Tələblər: İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə ali təhsil;Dil bilikləri: Azərbaycan dili-əla səviyyədə; İngilis dili- əla səviyyədə; Rus dili-orta səviyyədə;      Üstünlüklər:ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır) SQL və Power BI üzrə biliklər arzuolunandır. Kompüter bilikləri: MS Excel-əla səviyyədə;MS Word-orta səviyyədə;     MS PowerPoint-əla səviyyədə; Hörmətli PAŞA Qrup əməkdaşı, Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi [email protected] vasitəsilə təqdim edə bilərsiniz. İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır. Vakansiya növü: Tam ştat Şirkət: PASHA Life Yer: Baku, Azerbaijan Müraciət: https://jobs.glorri.com/vacancies/pasha-life/pasha-life-hesabatliliq-sobesinin-mutexessisi-24365151/apply
РЕКЛАМА