
Bakı15
HR menecer
HR menecer
1 000 ₼
Проверено1 нед. назад
Описание
Tələblər:
İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı;
Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;
İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;
Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;
Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti;
Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası;
Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
HR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi;
Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;
İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;
Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması;
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət;
Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;
Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması;
Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili;
Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması;
Korporativ mədəniyyətin inkişaf etdirilməsi və motivasiya proqramlarının həyata keçirilməsi;
Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
HR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
HR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;
HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Maaş: 1000-2000 AZN
Yaş: 25-40
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Источник объявления
Открыть оригинал объявления© Merkuri BOKT boss.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
Похожие объявления














