
4
HR üzrə Praktiki Təcrübə Proqramı
HR üzrə Praktiki Təcrübə Proqramı
По договорённости
ПровереноСегодня
Дата
Просмотры4
Номер№5716629
Описание
“BAA CONSULTİNG” – Mühasibatlıq, Vergi, Kadr uçotu və digər xidmətlər üzrə 10 ildən artıq təcrübəyə malik olan konsaltinq şirkəti olaraq HR üzrə sıfırdan praktiki və nəzəri olaraq iki hissədən ibarət olan təcrübə proqramına İyul-avqust ayları üzrə yeni qruplara qəbul elan olundu.
İlk öncə onu qeyd edək ki, “BAA CONSULTİNG” nəzdində fəaliyyət göstərən “BAA ACADEMY” olaraq biz sizə öz peşəkar işimizi öyrədirik!
Proqram sizə nə qazandıracaq?
Real şirkət üzərindən canlı iş təcrübəsi
ƏMAS portalı ilə praktika
Video dərslər və materiallar
Rəsmi sertifikat (CONSULTİNG tərəfindən)
Kimlər müraciət edə bilər?
HR sahəsinə marağı olanlar
Yeni başlayanlar
Təcrübəsi olmayan məzunlar
Karyerasını dəyişmək istəyənlər
Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.
Müddət 3 ay
Həftədə 2 dəfə-2saat (ofis şəraitində Praktiki təcrübə imkanı)
Nələri öyrənəcəksiniz:
Giriş və Əsaslar, Əmək Müqavilələri
Əmək qanunvericiliyinə ümumi baxış
Bu Məcəllənin şamil edilmədiyi şəxslər
İşçi və işəgötürənin hüquq və vəzifələri
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi
Müqavilə növləri: müddətli, müddətsiz
Sınaq müddəti və onun tənzimlənməsi qaydası
Əmək müqaviləsinin tərəfləri,forması, məzmunu, bağlanması, dəyişdirilməsi və ləğvi, -Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
Əmas sistemində işəgötürən qismində səllahiyyətli şəxsin qeydiyyatı və və səlahiyyətlərin verilməsi
Bank hesabının yaradılması
Müəssisənin strukturunun yaradılması
Ştatların yaradılması və vakansiya bankına göndərilməsi
Yeni işə qəbul edilən şəxslə onlayn əmək müqaviləsi bağlanması onlayn əmək müqaviləsi dəyişikliklərin edilməsi onlayn əmək müqaviləsinə xitam verilməsi
Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
Əmək müqaviləsinə xitam verilməsinin əsasları
Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları
Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları . İş vaxtının növləri və tənzimlənməsi qaydaları
Əmək müqavilələri bağlanmasının, dəyişdirilməsinin və xitam verilməsinin sənədləşdirilməsi qaydası, xasiyyətnamələrin verilməsi
İşə qəbul , əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi və Əmək müqaviləsinə xitam verilmə haqqında əmrlərin hazırlanması
İş və istirahət saatlarının tənzimlənməsi
Qısaldılmış iş vaxtı və Natamam iş vaxtı
Əmək və icra intizamının təmin edilməsi qaydalari , Əmək haqqı tabellərinin hazırlanması
Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimələr
Əsaslar
Əmək Məcəlləsi: mahiyyəti və hüquqi tələbləri, prinsipləri.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi (Miqrasiya Xidmətinə sənədlərin təqdim olunması)
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
Məcburi əməyin qadağan edilməsinin huquqi əsasları - Həmkarlar ittifaqları haqqında
İş vaxtı, tabellər və məzuniyyətlər İş və istirahət vaxtı; qısaldılmış və natamam iş vaxtı; cəmlənmiş uçot.
Gecə, iş vaxtından artıq, istirahət və bayram günlərində işin tənzimlənməsi və məhdudiyyətlər.
Excel-də iş vaxtının uçotu və əməkhaqqı tabellərinin hazırlanması.
Əsas, əlavə, sosial, təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyətlər; iş ili, istifadə və xitam zamanı məzuniyyət hüququ.
ƏMAS-da məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi.
Əməkhaqqı, tutulmalar və intizam Əməkhaqqının hesablanması; gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları. İşçidən tutulmaların və işəgötürənin sığorta öhdəliklərinin fərqləndirilməsi.
Əməkhaqqı kartlarının sifarişi və bank platformasında ödənişlərin icrası. Müəssisədaxili intizam qaydaları; tənbeh vermək səlahiyyəti, tətbiq şərtləri, müddətlər və vaxtından əvvəl götürülmə.
Xüsusi rejimlər və dövlət qurumları Hamilə, azyaşlı uşağı olan qadınların və 18 yaşına çatmamış işçilərin hüquqları, təminatları və iş məhdudiyyətləri.
İşğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərin əmək xüsusiyyətləri və güzəştləri. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu;
Dövlət Miqrasiya Xidmətinə sənədlərin təqdim olunması. Dövlət Əmək Müfəttişliyi Xidməti və həmkarlar ittifaqları ilə münasibətlər.
Əlavə üstünlük.
DSMF hesabatları Şirkət və fərdi sahibkar üzrə hesabatların real sənədlər əsasında hazırlanması və göndərilməsi.
Rəsmi statistika hesabatları “4-Əmək”, “1-Əmək” və “1-Yeni İş Yeri” formalarının tərtibi və müvafiq portalda təqdim edilməsi.
İcbari sığorta / İSB İcbari sığorta müqavilələrinin onlayn bağlanması və sistemə daxil edilməsi.
TƏLİMİN SONUNDA SİZİN OLACAQ BAA Consulting/Academy sertifikatı və CV-də göstərə biləcəyiniz praktik bacarıqlar. İşə qəbul, xitam, tabel, məzuniyyət və əməkhaqqı üzrə tətbiqi biliklər. 30+ sənəd şablonu və təlimdən sonra 1 aylıq konsultasiya dəstəyi.
Əlaqə +994102609967
Son müraciət tarixi: 07.12.2026
Источник объявления
Открыть оригинал объявления© BAA Consulting jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА












