Kitabın əsas mövzusunu Avropa Hun Xaqanlığının (370-460) tarixi təşkil edir. Hunların böyük xaqanı Attilanın həyatı, fəaliyyəti, apardığı müharibələr, Avropa xalqlarının və kilsənin ona münasibəti müqayisəli şəkildə araşdırılaraq, böyük sərkərdənin dünya tarixindəki yeri və rolu ətraflı təhlil edilib. Hunların mənşəyi, tarix səhnəsinə çıxması Böyük Hun Xaqanlığı, hun köçləri və dövlətləri, onların siyasi, mədəni kimliyi ilə yanaşı, əsərdə Qafqaz Hun Xaqanlığı, Siyenbi, Tabqaç, Sabir və Avar dövlətlərinin tarixi də əks olunub. Azərbaycan və Şərqi Anadoluda 600 il mövcud olmuş Qarahunlar dövləti tarixşünaslıq elmində ilk dəfə bu monoqrafiyada tədqiqat obyektinə çevrilib, Azərbaycan tarixində mühüm rol oynamış albanlar, sullar, bayandurlar haqqında Çin mənbələrində yer alan tarixi faktlara özünəməxsus şəkildə işıq salınıb.
Müəllif: Ə. N. NƏCƏF
Nəşriyyat: Teas Press
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 460
© libraff.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.