Prayk
Hüquqşünas — Hüquq
По договорённости

Hüquqşünas

ПровереноСегодня
Категория
Юриспруденция
Дата
Просмотры
2
Номер
№4557741

Описание

SF Azerbaijan BOKT MMC komandamıza qoşulmaq üçün peşəkar biliklərə, analitik düşüncəyə və müvafiq sahədə təcrübəyə malik Hüquqşünas axtarır. Əsas vəzifə öhdəlikləri: Şirkət adından bağlanılan müqavilə və digər hüquqi sənədlərin ekspertizasını aparmaq, hüquqi rəylər hazırlamaq; Şirkətin hüquq və mənafelərini məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə etmək, bundan irəli gələn zəruri sənədləri hazırlamaq; Dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq; Şirkətin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək vermək; AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə hüquqi tələblərin tətbiqini dəstəkləmək; Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək; Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların azaldılması üzrə təkliflər vermək. Namizədə tələblər: Hüquqşünaslıq üzrə ali təhsil; Maliyyə bazarları sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan və rus dillərini şifahi və yazılı formada sərbəst bilmək mütləqdir; AML/CFT sahəsində təcrübə əlavə üstünlük hesab edilir; Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, vergi, inzibati və maliyyə bazarları sahəsində qanunvericiliyini yaxşı bilmək; MS Office proqramlarında sərbəst işləmək; E-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə bacarığı; Analitik düşüncə, yüksək məsuliyyət, dürüstlük, dəqiqlik və müstəqil qərarvermə bacarığı; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. İş şərtləri: Əmək haqqı müsahibə əsasında təyin olunur; İş rejimi: 5/7, saat 09:00-18:00; Peşəkar və dinamik iş mühiti; Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 13.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/sf-azerbaycan-bokt-huquqsunas-153705
РЕКЛАМА