
Sumqayıt15
Ifrs Hesabatlılığı üzrə Baş Mütəxəssis

По договорённости
Ifrs Hesabatlılığı üzrə Baş Mütəxəssis
Проверено3 нед. назад
Описание
IFRS standartlarının şirkət üzrə düzgün tətbiqini və maliyyə hesabatlarının müvafiq tələblərə uyğun hazırlanmasını təmin etmək;Şirkətin mövcud və yeni əməliyyatlarını beynəlxalq maliyyə hesabatlılığı standartları baxımından qiymətləndirmək və müvafiq mühasibat uçotu yanaşmasını müəyyən etmək;Aylıq, rüblük və illik maliyyə hesabatlarının bağlanışı prosesləri çərçivəsində tələb olunan hesablamaları, üzləşdirmələri və düzəlişləri hazırlamaq;IFRS üzrə tam maliyyə hesabatları paketinin — Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat və müvafiq açıqlamaların hazırlanmasında iştirak etmək;Xarici audit prosesində şirkət tərəfindən əsas əlaqələndirici şəxs kimi çıxış etmək və audit prosesinin başdan sona əlaqələndirilməsinə dəstək göstərmək;IFRS standartlarında baş verən dəyişiklikləri mütəmadi izləmək, onların şirkətin fəaliyyətinə mümkün təsirlərini qiymətləndirmək və tələb olunan dəyişikliklərin tətbiqini təmin etmək;Maliyyə məlumatlarının üzləşdirilməsi, əlavə hesablama cədvəlləri, mühasibat uçotu üzrə izahatlar və digər audit və maliyyə hesabatlılığı üzrə işçi sənədlərini hazırlamaq; Maliyyə hesabatlarının hazırlanması və audit proseslərində mövcud boşluqları müəyyən etmək, proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək; Maliyyə hesabatlılığı üzrə məlumatların düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını təmin etmək.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Giltex MMC
Yer: Sumqayıt, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/giltex/giltex-ifrs-hesabatliligi-uzre-bas-mutexessis-15283486/apply
РЕКЛАМА










