
Bakı13
İnsan resursları əməliyyatları üzrə mütəxəssis

По договорённости
İnsan resursları əməliyyatları üzrə mütəxəssis
ПровереноВчера
ГородBakı
Дата
Просмотры13
Номер№5771610
Описание
İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması; Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi; ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi; İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması; Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması; Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi; ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək; Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması; Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması; Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi
Tələblər:
Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir;İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi;Retail sahəsində iş təcrübəsi üstünlükdür;Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik;ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı;Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər;1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik;MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı;Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı;Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı;Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə;Güclü yazılı və şifahi ünsiyyət bacarığı;Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı;Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq;Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı;Komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;Dinamik və müasir iş mühiti;Müasir və rahat ofis şəraiti;Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar;Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
İş şəraiti:
İş qrafiki: I–V günlər, 09:00–18:00;İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Tərəfdaş
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-insan-resurslari-emeliyyatlari-uzre-mutexessis-448/apply
РЕКЛАМА









