
1
İnsan Resursları üzrə Menecer

2 000 ₼
İnsan Resursları üzrə Menecer
ПровереноСегодня
Дата
Просмотры1
Номер№5886146
Описание
Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkət İnsan Resursları üzrə Menecer vəzifəsinə təcrübəli mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
İR strategiyası, siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
İR büdcəsinin, işçi qüvvəsi planlamasının və təşkilati strukturun idarə edilməsi;
İşə qəbul, adaptasiya və sınaq müddəti proseslərinin idarə edilməsi;
Vəzifə təlimatlarının, səriştə tələblərinin və vəzifə dərəcələndirməsinin hazırlanması;
Performansın qiymətləndirilməsi, təlim və karyera inkişafı sistemlərinin qurulması;
Mükafatlandırma və motivasiya sisteminin formalaşdırılması, kadr axıcılığının azaldılması;
Kadr kargüzarlığının qanunvericiliyə uyğun aparılması (əmək haqqı və məzuniyyət hesablamaları daxil olmaqla);
Rəhbərliyə dövri İR hesabatlarının təqdim edilməsi.
Tələblər
İR, biznesin idarə edilməsi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
İR sahəsində ən azı 3 il iş təcrübəsi;
Əmək Məcəlləsini və işə qəbul metodlarını mükəmməl bilməsi;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları;
Məsuliyyətlilik, obyektivlik və məxfiliyə riayət;
İngilis dili bilikləri və xidmət sahəsində təcrübə üstünlükdür.
Təklif edirik
Əmək haqqı: 2000–2500 AZN;
Nahar şirkət tərəfindən təmin olunur.
CV-nizi mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 12.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-insan-resurslari-uzre-menecer-155979
РЕКЛАМА












