
Bakı4
İnteryer-dizayner
İnteryer-dizayner
2 000 ₼
Проверено4 дн. назад
Описание
Vəzifə öhdəlikləri:
Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;
Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;
Memarlıq/dizayn layihələrinin dəqiq hazırlanması;
Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;
Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;
Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;
Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;
Tələb olunan layihələr, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması və müəllif nəzarəti;
Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;
Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual 3D görünüşlərin hazırlanması.
İş şəraiti:
İş yeri – Lökbatan qəsəbəsi;
5 günlük iş həftəsi (09:00 – 18:00);
Əmək haqqı 2000-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
Ali təhsilin və ya interyer-dizayn üzrə sertifikatların mövcudluğu;
Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
Memarlıq/dizayn, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;
Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı;
Komandada işləmək bacarığı;
İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnteryer-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199055/interyer-dizayner
РЕКЛАМА













