Prayk
İstehsalat üzrə elektromexanik — Sənaye, istehsal, Bakı
1 500 ₼

İstehsalat üzrə elektromexanik

ПровереноСегодня
Город
Bakı
Дата
Просмотры
8
Номер
№4711332

Описание

İş haqqında məlumat: “Camal” LTD şirkəti istehsalat sahələrində elektrik və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə elektromexanik vəzifəsinə əməkdaş axtarır. Vəzifə öhdəlikləri: •    İstehsalat avadanlıqlarının, elektrik mühərriklərinin və mexaniki qurğuların texniki vəziyyətinə nəzarət etmək; •    Avadanlıqlarda yaranan elektrik və mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; •    İstehsalat xətlərinin, konveyerlərin, nasosların və digər texniki qurğuların təmirini həyata keçirmək; •    Elektrik mühərriklərinin, reduktorların və ötürücü mexanizmlərin texniki xidmətini təmin etmək; •    Avadanlıqların profilaktik baxışını və planlı təmir işlərini həyata keçirmək; •    İstehsalat prosesində avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək; •    Təmir zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; •    Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət etmək Tələblər: •    Elektromexanika, elektrik avadanlıqları və ya müvafiq texniki sahə üzrə biliklərə malik olmaq; •    İstehsalat avadanlıqlarının təmiri və texniki xidməti sahəsində iş təcrübəsi; •    Elektrik və mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı; •    Elektrik mühərrikləri, reduktorlar, nasoslar və istehsalat mexanizmləri haqqında biliklərə malik olmaq; •    Texniki sxemləri oxumaq bacarığı arzuolunandır; •    Məsuliyyətli, diqqətli və operativ olmaq; •    Komandada işləmək bacarığı. İş şəraiti: •    Şirkətİş yeri: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə •    Əməkhaqqı: 1.500 AZN •    Nahar şirkət tərəfindən qarşılanır. Mövzu hissəsində “istehsalat üzrə elektromexanik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Maaş: 1500 ₼ Son müraciət: 16/11/2026
РЕКЛАМА