Prayk
İstehsalat üzrə Satınalma Mütəxəssisi — Sənaye, istehsal, Bakı
По договорённости

İstehsalat üzrə Satınalma Mütəxəssisi

ПровереноСегодня

№6412879·Просмотры: 19

Описание

İstehsal müəssisələrinin ehtiyaclarına uyğun olaraq xammal, material və digər istehsal ehtiyatlarının satınalma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasını təmin etmək;İstehsal planlarını və mövcud ehtiyatları nəzərə alaraq satınalma tələbatını müəyyənləşdirmək, sifarişlərin vaxtında yerləşdirilməsini və icrasını təmin etmək;Istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədi ilə strateji əhəmiyyətli satınalmaları prioritetləşdirmək və operativ şəkildə idarə etmək;Yerli və beynəlxalq bazarlarda potensial təchizatçıları araşdırmaq, alternativ təchizat mənbələri müəyyənləşdirmək və yeni əməkdaşlıq imkanları yaratmaq;Təchizatçılardan kommersiya təklifləri toplamaq, qiymət, keyfiyyət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə müqayisəli təhlillər aparmaq;Təchizatçılarla peşəkar kommersiya danışıqları aparmaq, şirkətin maraqlarına uyğun optimal qiymət, ödəniş və çatdırılma şərtlərinin əldə edilməsini təmin etmək;Satınalma proseslərində xərclərin optimallaşdırılması, təchizat risklərinin minimuma endirilməsi və təchizatın davamlılığının təmin edilməsi istiqamətində fəaliyyət göstərmək;Satınalma sifarişlərinin icrasına nəzarət etmək, yarana biləcək gecikmə və uyğunsuzluqların operativ həlli üçün müvafiq tədbirlər görmək. Tələblər: Ali;İş təcrübəsi: minimum 3 il;Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;Kompüter bilikləri: Word, Excel, Outlook və 1C; İş şəraiti:İş saatı: 09:00-dan 18:00-dək;İstirahət: Şənbə və bazar günü;İş yeri: Luxen Plaza. Biz nə təklif edirik:         Əmək haqqı (Razılaşma yolu ilə);Şəhərin mərkəzində ofis;Dinamik və gənc komanda ilə iş imkanı. Vakansiya növü: Tam ştat Şirkət: Mətanət A Şirkətlər Qrupu Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-istehsalat-uzre-satinalma-mutexessisi-62230995/apply
РЕКЛАМА