
Bakı13
İsti Bölüm Aşpazı
İsti Bölüm Aşpazı
800 ₼
Проверено2 нед. назад
Описание
Əsas vəzifə öhdəlikləri
Avropa mətbəxinə aid isti yeməklərin təsdiq edilmiş reseptlərə və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək;
Ət, quş əti, balıq, tərəvəz, qarnirlər, souslar və digər isti yemək komponentlərinin düzgün hazırlanmasını həyata keçirmək;
Məhsulların ilkin emalını, porsiyalara bölünməsini və bişirilməyə hazırlanmasını müəyyən edilmiş standartlara uyğun icra etmək;
Yeməklərin dadına, görünüşünə, temperaturuna, teksturasına və təqdimat keyfiyyətinə nəzarət etmək;
Sifarişləri müəyyən edilmiş müddət ərzində, keyfiyyət standartlarını qorumaqla hazırlamaq;
Yeməklərin hazırlanması zamanı reseptlərə, porsiya ölçülərinə və təqdimat qaydalarına riayət etmək;
Mətbəxdə qida təhlükəsizliyi, sanitar-gigiyena və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək;
İş prosesində istifadə olunan avadanlıq və inventarların düzgün istismarını təmin etmək;
Baş aşpazın və ya birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Mətbəx komandası ilə koordinasiyalı işləmək və xidmət zamanı sifarişlərin fasiləsiz hazırlanmasına dəstək olmaq.
Namizədə dair tələblər:
İsti bölüm aşpazı vəzifəsi üzrə müvafiq iş təcrübəsi;
Avropa mətbəxinin yeməkləri, hazırlanma üsulları və bişirmə texnikaları üzrə praktiki biliklər;
Sürətli iş mühitində diqqətli, operativ və keyfiyyətli işləmək bacarığı;
Məsuliyyətli, səliqəli, intizamlı və detallara diqqətcil olmaq;
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Növbəli
Əmək haqqı: 800-1000 Azn + tips
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/202480/isti-bolum-aspazi
РЕКЛАМА








![[Şirkət adı] — Bakıda yeni premium tədbir dekoru şirkəti — 1 200 ₼ · Баку · Digər [Şirkət adı] — Bakıda yeni premium tədbir dekoru şirkəti — Баку](/api/media/listings/2026/10/28/6edac5ca78222b731187.jpeg?w=480&wm=2)