
İT üzrə mütəxəssis (Şamaxı)
İT üzrə mütəxəssis (Şamaxı)
По договорённости
Проверено5 дн. назад
ГородŞamaxı
Дата
Просмотры4
Номер№4660968
Описание
Əsas vəzifə öhdəlikləri:
Kompüterlərin, printerlərin, serverlərin və şəbəkə avadanlıqlarının işlək vəziyyətinə nəzarət etmək;
İnternet, lokal şəbəkə və istifadəçi avadanlıqlarında yaranan texniki problemləri aradan qaldırmaq;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki dəstəyini həyata keçirmək;
İstehsalat və idarəetmə sistemlərinin fasiləsiz fəaliyyətinə texniki dəstək göstərmək;
Məlumatların təhlükəsizliyi, ehtiyat nüsxələnməsi və istifadəçi girişlərinə nəzarətdə iştirak etmək;
İT avadanlıqlarına texniki xidmət göstərmək və müvafiq uçot aparmaq.
Namizədə tələblər:
İT və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
Kompüter avadanlıqları, əməliyyat sistemləri və şəbəkələr üzrə biliklər;
Proqram təminatlarının quraşdırılması və texniki problemlərin həlli bacarığı;
Məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
İş təcrübəsi – üstünlükdür.
İş şəraiti:
İş qrafiki: istehsalat proseslərinin xüsusiyyətlərinə uyğun iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198977/it-uzre-mutexessis-samaxi
РЕКЛАМА








