İşçiyə qoyulan tələblər:
Ali təhsil (standartlaşdırma və qida sənayesi üzrə təhsil üstünlükdür);
İstehsalat sahəsində keyfiyyətə nəzarət üzrə 1–2 il iş təcrübəsi;
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
Əməyin mühafizəsi qaydaları barədə ilkin biliklərə sahib olmaq;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri
İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə və müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
İstehsal prosesində keyfiyyət və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasını yoxlamaq;
İstehsala daxil olan xammal və materialların keyfiyyətini, müşayiətedici sənədlərini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq;
Hazır məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;
Anbarlarda hazır məhsulların keyfiyyət vəziyyətini mütəmadi yoxlamaq;
İstehsal prosesinə dair keyfiyyət qeydiyyat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək;
Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aidiyyəti rəhbərliyə məlumat vermək;
Məhsullar üzrə keyfiyyət sənədlərinin hazırlanmasında və tələb olunduqda keyfiyyət vəsiqələrinin təqdim edilməsində iştirak etmək;
Keyfiyyət problemlərinin təkrarlanmaması üçün müvafiq təkliflər vermək.
İş şəraiti
Əməkhaqqı: 600–700 AZN;
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00;
İstirahət günləri: Şənbə və bazar;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Maaş: 600 AZN
Son müraciət tarixi: 23.11.2026
© Avromak MMC · jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.