
8
Kiçik icma mütəxəssisi
Kiçik icma mütəxəssisi
500 ₼
Проверено1 нед. назад
Дата
Просмотры8
Номер№4647345
Описание
Təsvir
2019-cu ildən fəaliyyətə başlayan Lotfi Zadeh Texnologiya Mərkəzi Xəzər dənizi regionunda texnoloji bilik, infrastruktur və investisiyanı bir araya gətirən innovativ layihədir. Azərbaycanın ən böyük kovörkinq mərkəzi olan LTC hazırda Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y) filiallarında xidmət göstərir.
Coworking mərkəzimizdə gənc və motivasiyalı şəxslər üçün "Kiçik icma mütəxəssisi" vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
Yeni üzvlərin qarşılanması, mərkəzin imkanlarının və qaydalarının izahı;
Potensial üzvlərə tur xidməti göstərmək və məlumatlandırmaq;
Mövcud üzvlərin ehtiyaclarını dinləmək və uyğun yönləndirmələr etmək;
İcma daxilində əməkdaşlıq və ünsiyyətin təşviqi üçün tədbirlərin təşkilinə dəstək vermək;
İcma üzvləri arasında yaranan gündəlik anlaşılmazlıqların həllinə yardımçı olmaq;
Üzvlərdən geribildirim toplamaq və rəhbərliyə təqdim etmək;
Məkanın səliqəli, rahat və istifadəyə uyğun saxlanmasına nəzarət etməkdə dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi);
Satış və ya müştəri xidməti sahəsində təcrübə arzuolunandır;
Güclü ünsiyyət bacarıqları;
İctimaiyyətlə ünsiyyətdə ekstravert xarakter;
Sahibkarlıq və icma mühitinə maraq və həvəs;
Müstəqil işləmək bacarığı;
Xanım namizədlərə üstünlük veriləcək;
İngilis dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilikləri üstünlükdür;
Yüksək etik dəyərlər, empatiya və etibarlılıq.
Əlavə məlumat
5 günlük iş qrafiki: 10:00 – 19:00
Əmək haqqı: 500 AZN (Net)
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maaş: 500 AZN
Son müraciət tarixi: 15.11.2026
Источник объявления
Открыть оригинал объявления© AGA Group jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА












