Bina Xətai metrosunun düz üstündə yerləşir. Mənzil 3 otaqlıdır. Hazırda mənzildə hər otaqda bir nəfər olmaqla 2 xanım qalır. Xanımlardan biri mənzil sahibinin yaxın qohumudur.
3-cü otağa, yataq otağına 1 nəfər xanım götürülür. 23–24 yaşa qədər, ali savadlı, işgüzar, mədəni davranışları olan və sakit xasiyyətli bir nəfər qız axtarılır. Xətai metrosuna yaxın məsafədə işləyən xanıma üstünlük verilir. Metroya yaxın məsafədə universitetdə təhsil alan tələbə qız da uyğundur.
Vanna otaqları və mətbəx ümumi istifadə olunur. Evdə hər şərait var. Otaq qapıları açarlıdır.
Mənzilin öz şəkilləri sayta yerləşdirilmir, otaq kirayələmək istəyən xanıma göstəriləcək.
Qaz, su və işıq orta sərfiyyatla ümumilikdə 10 AZN-dir (kondisioner və kombi istifadəsi zamanı fərqli ola bilər). Wi-Fi 8,30 AZN-dir. Kommunal ödənişlər qiymətə daxil deyil. Komendant pulu daxildir.
Əvvəlcədən 300 AZN depozit ödəmək mütləqdir. Depoziti ayda 100 AZN olmaqla hər ay ardıcıl şəkildə ödəmək də olar. Mənzildən çıxarkən mənzili son dərəcə səliqəli istifadə edən, normal, tərbiyəli və mədəni şəxsə depozit bir qəpik əskiksiz geri qaytarılır.
Yalnız uzunmüddətli qalmaq istəyən bir nəfər xanım götürülür.
Xahiş edirəm, yalnız otaq kirayələmək istəyən xanım və ya anası əlaqə saxlasın. 1–2 aylıq qalmaq istəyənlər qətiyyən narahat etməsin.
Elan növü: Otaq yoldaşı
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Xətai ray., Şah İsmayıl Xətai m/st