SME Kreditlər komandasında təcrübə keçərək bank sektorunda real iş mühiti ilə tanış olmaq və peşəkar biliklərini inkişaf etdirmək istəyən namizədləri komandamıza dəvət edirik.
Təcrübə proqramı çərçivəsində siz:SME kreditləşmə prosesləri ilə yaxından tanış olacaqsınız;Daxil olan müraciətlər əsasında müştərilərin maliyyə vəziyyətinin və biznes fəaliyyətinin təhlili prosesində iştirak edəcəksiniz;Kredit təkliflərinin hazırlanması və kredit sənədlərinin rəsmiləşdirilməsi prosesində dəstək göstərəcəksiniz;Kredit portfelinin monitorinqi və ödəniş intizamının izlənilməsi prosesində iştirak edəcəksiniz;Təcrübəli əməkdaşların mentorluğu ilə praktiki bilik və bacarıqlar əldə edəcəksiniz.
Tələblər:
İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə yeni məzun;Maliyyə, kreditləşmə və biznes təhlili sahəsində dərin nəzəri biliklər;Analitik düşüncə tərzi və məlumatları təhlil etmək bacarığı;Öyrənməyə yüksək motivasiya və peşəkar inkişaf istəyi;Güclü ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;Məsuliyyətli, diqqətli və səlis yazılı və şifahi ünsiyyət bacarıqları;MS Excel proqramı üzrə ilkin biliklər üstünlük hesab olunur.
Biz nə təklif edirik?Bank sektorunda real iş təcrübəsi qazanmaq imkanı;Peşəkar mentorların dəstəyi ilə inkişaf;SME kreditləşmə sahəsində praktiki biliklərin əldə olunması;Dinamik və peşəkar komandada çalışma imkanı;Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün bankda karyera imkanlarının qiymətləndirilməsi.
Vakansiya növü: Təcrübə
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Gəncə, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-kob-kreditleri-uzre-tecrubeci-gence-88359012/apply