Prayk

Köməkçi qurğular üzrə texnik

По договорённости
Проверено4 дн. назад
Город
Sumqayıt
Дата
Просмотры
4
Номер
№4024566

Описание

İş yeri: Sumqayıt,Xızı İş qrafiki: Növbəli iş qrafiki Vəzifə öhdəlikləri Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsinə nəzarət etmək, gündəlik baxışlar aparmaq; Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək; Avadanlıqlarda nasazlıqları, sızma, vibrasiya və digər problemləri vaxtında müəyyən edib aradan qaldırmaq; Filtr, klapan, podşipnik, mufta, kəmər və digər mexaniki hissələrin texniki xidmətini və dəyişdirilməsini həyata keçirmək; Su hazırlama, kondensat və soyudulmuş su sistemlərinin texniki vəziyyətinə nəzarət etmək; Planlı-preventiv texniki xidmət və təmir işlərini qrafikə uyğun yerinə yetirmək; Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yenidən yığılmasını həyata keçirmək; Vibrasiya, temperatur, ultrasəs və digər texniki ölçmələrdə iştirak etmək; Görülən texniki xidmət və təmir işlərini müvafiq jurnallarda qeyd etmək; Kinematik, pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq; Təkrarlanan nasazlıqların səbəblərini müəyyənləşdirmək və qarşısının alınması üçün tədbirlər təklif etmək; Əməyin mühafizəsi, LOTO və müəssisədaxili təhlükəsizlik qaydalarına riayət etmək. Vəzifəyə dair tələb olunan bacarıqlar və təcrübə: Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işinə nəzarət etmək; İstehsalat mexanika texnik kimi təcrübə - 3 il; Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək; Avadanlıqlarda nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Planlı-preventiv texniki xidmət və təmir işlərini həyata keçirmək; Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını həyata keçirmək; Vibrasiya, temperatur, sızma və digər texniki göstəricilərə nəzarət etmək; Pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq; Görülmüş işləri texniki xidmət jurnallarında qeyd etmək; Əməyin mühafizəsi, LOTO və təhlükəsizlik qaydalarına riayət etmək. Təklif edirik: Nahar təminatı Sığorta təminatı Servis/daşınma xidməti Maraqlanan namizədlər CV-lərini “Köməkçi qurğular üzrə texnik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197017/komekci-qurgular-uzre-texnik

Похожие объявления

CNC Operator
По договорённости

CNC Operator


Вчера 12:04
Laborant — Bakı
По договорённости

Laborant


Bakı08.10.2026