


Konstruktor Vava VV002 Çəhrayı qutu, 4+ yaş, 1000+ element
Описание
“VAVA constructor” yaş həddi olmayan əyləncəni və zövqü özündə birləşdirən xəyalların miniatür üslubudur.
“VAVA constructor”da yer alan bütün materiallar 100 faiz ekoloji cəhətdən təmiz, keyfiyyət standartlarına tam cavab verən xammaldan hazırlanıb. Həmçinin anti-allergik xüsusiyyəti ilə də seçilir.
Belə ki, siz arzusunda olduğunuz istənilən evi “VAVA”nın təqdim etdiyi müxtəlif materiallar vasitəsilə tikə və xəyal etdiyiniz evin kiçik maketinə sahib ola bilərsiniz.
VAVA uşaqların dünyasında:
Uşaqların dünyasında “VAVA” onların ən sevimli oyuncağı ola bilər. 4 yaşından böyük uşaqlar üçün nəzərdə tutduğumuz kolleksiyamız daha böyük materiallardan ibarətdir.
Əsas xüsusiyyətlər:
- beyinin motorikasının və koqnitiv inkişafı;
- sosial və fiziki bacarıqları təkmilləşdirmək imkanı;
- xəyal gücünün və təxəyyülün formalaşması;
- erkən yaşdan planlaşdırma qabiliyyəti;
- müxtəlif materiallarla fiziki tanış olma və onların istifadəsini sınaqdan keçirmək imkanı;
- səmərəli vaxt keçirmək fürsəti.
Bir sözlə, “VAVA constructor”la uşaqlar kəşf edirlər, yaradırlar və öz yaradıcıqlarının - kiçik evlərinin sahibi olurlar.
VAVA böyüklərin dünyasında:
Konstruktorlarımız həm də böyüklərin əyləncəsinin incə notlarıdır.
Konstruktorlarımız sizə nə vəd edir:
- Əyləncəli keçirilən zamanı;
- Dostlarla bir araya gəlməyi;
- Xəyalları qurulan evlərə qısa səyahəti;
- Anti-stress mühitdə istirahəti.
Həmçinin “VAVA” memarların, bu sahədə təhsil alan tələbələrin, tikini və inşaata marağı olan hər kəsin əvəzedilməz köməkçisidir. “VAVA” ideyaların vərəq üstündə deyil, miniatür formada müəllifi olmağı təklif edir.
Eyni zamanda kolleksiyaya daxil olan materiallarla ideyalarınızın məhsullarını hazırlayıb sata, öz biznesinizi qura bilərsiniz.
Qeyd: Xüsusilə vurğulayaq ki, istənilən kateqoriya üzrə mövcud olan seriyanı heç bir təlimat vərəqi olmadan təqdim edirik. Qutulardakı materiallarla yalnız öz ideyanızın yaradıcı nümunəsini hazılaya bilərsiniz.
Источник объявления
Открыть оригинал объявления© birmarket.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.














