Koop 80CE Dizel mühərrikli çuqun başlıqlı su nasosu (3")
Koop 80CE — kənd təsərrüfatı, tikinti meydançaları və suvarma sistemləri üçün nəzərdə tutulmuş peşəkar dizel motopompadır. Nasos başlığının (ilbiz hissəsinin) tam çuqundan hazırlanması sayəsində qumlu, lilli və çirkli sularla işləyərkən standart alüminium nasoslara nisbətən daha dayanıqlı və uzunömürlüdür. 3 düymlük (80 mm) giriş-çıxış diametri orta və böyük həcmli suyun sürətlə ötürülməsini təmin edir. Güclü dizel mühərriki və elektrik start (marşlı) sistemi həm yanacaq qənaəti, həm də rahat işəsalma imkanı verir.
Xüsusiyyətlər:
- Brend: KOOP
- Model: 80CE
- Giriş-çıxış diametri: 80 mm (3")
- Mühərrik: dizel, elektrik start (marşlı)
- Nasos başlığı: tam çuqun (çirkli suya davamlı)
- Tətbiq sahələri: suvarma, drenaj, tikinti, təsərrüfat işləri
Qiymət: 1550