Prayk

Kopirayter

По договорённости
ПровереноСегодня

№6371590·Просмотры: 6

Описание

Təsvir Sosial media çarxları, kampaniya videoları, Reels və TikTok üçün kreativ ideyaların və dinamik ssenarilərin hazırlanması; Sosial media trendlərinə uyğun video konseptlərin və yaradıcı məzmunların hazırlanması; Hazırlanan ssenarilərin ideyadan videoya çevrilməsi prosesində kontent və prodakşn komandası ilə əməkdaşlıq edilməsi; Video çəkilişləri zamanı mətnlərin kadrda təbii və uyğun səslənməsinin təmin edilməsi; Müxtəlif kampaniyalar üçün kreativ sloqanların və reklam mətnlərinin yazılması; Banner başlıqları, sosial media postları, SMS və push bildirişləri üçün məzmunların hazırlanması; Yeni layihə və video konseptlərin ideya mərhələsində aktiv iştirak edilməsi; Komanda müzakirələrində və beyin fırtınalarında yaradıcı təkliflərin irəli sürülməsi; Kontakt brendinin səmimi, aydın və insan yönümlü kommunikasiya tonunun qorunması; Video və yazılı kommunikasiyalarda brend üslubuna uyğun məzmunların hazırlanması. Tələblər Ali təhsil; Kopiraytinq, ssenaristlik və ya kontent yaradıcılığı sahəsində 1-2 il iş təcrübəsi; Junior namizədlər üçün güclü portfolio və yaradıcı potensial; Vizual düşünmə və storytelling bacarığı, ideyaları vizual məzmun kimi təsəvvür etmək qabiliyyəti; Azərbaycan dilində səlis, təbii və qrammatik cəhətdən düzgün yazı bacarığı; Qısa, konkret və yaddaqalan mətnlər hazırlamaq vərdişi; Reels, TikTok və Shorts kimi sosial media video trendləri, lokal yumor və gündəmlə yaxından tanışlıq; Komanda ilə işləmək, öyrənmək və konstruktiv rəylərə açıq olmaq; Süni intellekt alətlərindən istifadə bacarığı və ya bu sahədə öyrənməyə həvəs; Kreativ düşüncə, təşəbbüskarlıq və yeni ideyalar irəli sürmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 25.12.2026

Источник объявления

Открыть оригинал объявления

© Kontakt Home jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА