
Bakı7
Korporativ satış mütəxəssisi
Korporativ satış mütəxəssisi
700 ₼
Проверено1 мес. назад
Описание
İş şəraiti:
* İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi;
* Əməkhaqqı: 700 - 1500 ₼. Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə
əsasında müəyyən edilir. Sabit əmək haqq + satış nəticələrinə uyğun bonus;
* Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
* Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Tələblər:
B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar;
Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür;
Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq;
MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus və İngilis dili biliyi üstünlükdür;
Analitik düşüncə, təqdimat, inandırma, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;
Şəxsi avtomobilin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması;
Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi;
Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi;
Çatdırılma xidməti üzrə işlərin təşkili və idarəedilməsi
Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi;
Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak;
Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması;
Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması;
Mövcud bazarın, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi
Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi
Maaş: 700-1500 AZN
Yaş: 25-45
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Источник объявления
Открыть оригинал объявления© Dolu Store boss.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА




