Prayk

Korporativ Satış Mütəxəssisi

1 200 ₼
Проверено3 нед. назад
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
3
Номер
№3111539

Описание

Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir. Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir. Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma. İş şəraiti İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00; İş yeri: Buta Park MMC ; Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus; Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək; Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur. CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa. Əmək haqqı: Fix+bonus Ali təhsil; Tikinti sektorunda korporativ satış üzrə minimum 2–3 il iş təcrübəsi; Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə; Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi; Tenderlər, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı; Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı; B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar; Aktiv korporativ müştəri bazasının olması üstünlükdür; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ingilis dili biliyi üstünlükdür; Microsoft Office və CRM proqramlarında işləmək bacarığı; Təqdimat, ünsiyyət və inandırma bacarığı; Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət; Şəxsi avtomobilin olması üstünlükdür. Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi; Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi; Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi; Developer, baş podratçı, subpodratçı, layihəçi, istehsal və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması; Müştərilərin ehtiyaclarının öyrənilməsi və uyğun kommersiya həllərinin hazırlanması; Obyektlərə baxışların və müştəri görüşlərinin təşkili; Texniki şöbə ilə birlikdə iş həcmlərinin müəyyənləşdirilməsi və qiymət təkliflərinin hazırlanması; Kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və müzakirələrin aparılması; Tenderlərin və satınalma elanlarının mütəmadi izlənilməsi; Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak; Texniki tapşırıqların, iş həcmlərinin və satınalma şərtlərinin təhlil edilməsi; Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması; Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak; Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi; Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi; Debitor borclarının və müştərilərdən ödənişlərin vaxtında daxil olmasının nəzarətdə saxlanılması; Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və təkrar satışların artırılması; Aylıq və illik satış planlarının yerinə yetirilməsi; Satış nəticələri, potensial layihələr və müştəri görüşləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi; Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması; Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi. Əmək haqqı: 800-1200 AZN
РЕКЛАМА