Prayk
Kredit mütəxəssisi — Maliyyə
По договорённости

Kredit mütəxəssisi

ПровереноСегодня
КатегорияФинансы

№6374161·Просмотры: 6

Описание

Əsas vəzifələr: Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Müştərilərə bankın kredit məhsulları barədə məlumat verilməsi; Qızıl girovlu və digər kredit növləri üzrə məhsulların satışının təmin edilməsi; Kredit müraciətlərinin qəbul edilməsi və təhlil edilməsi; Kredit portfelinin idarə edilməsi və ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi; Müştəri sorğularının operativ cavablandırılması və yüksək xidmət keyfiyyətinin təmin edilməsi; Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icrası. Namizədə dair tələblər: Ali iqtisadi təhsil; Kredit mütəxəssisi vəzifəsində minimum 3 il iş təcrübəsi; MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri; Kreditləşmə ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları). Komandada və müştərilərlə işləmək bacarıqları; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır. İş şəraiti: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr. 47e (Armoni Residence) Həftə içi 5 iş günü, 09:00–18:00 Əmək haqqı: razılaşma əsasında Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur. Son müraciət tarixi: 25.12.2026

Источник объявления

Открыть оригинал объявления

© NAS Project BOKT ASC jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА