
Kredit üzrə arxa ofis mütəxəssisi (Ağcabədi filialı)
Kredit üzrə arxa ofis mütəxəssisi (Ağcabədi filialı)
По договорённости
Проверено6 дн. назад
Дата
Номер№2814817
Описание
Ümumi vəzifə öhdəlikləri:
Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
Azərbaycan dili əla (yazılı və şifahi);
Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 22.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/bank-respublika-asc-kredit-uzre-arxa-ofis-mutexessisi-agcabedi-filiali-151818
Похожие объявления


По договорённости
Pərakəndə Kredit Məhsullarının İdarəedilməsi üzrə Mütəxəssis/aparıcı/baş mütəxəssis – Məhsul İdarəetməsi Departamenti
BakıСегодня 12:16












