Kvarsit yüksək temperatur və təzyiq nəticəsində formalaşan, əsasən kvars minerallarından ibarət olan təbii və çox möhkəm süxurdur. Sərt strukturu, aşınmaya davamlılığı və estetik görünüşü ilə seçilir. Müxtəlif rəng çalarlarında (çəhrayı, boz, sarımtıl və s.) mövcuddur və həm dekorativ, həm də tikinti məqsədləri üçün geniş istifadə olunur.
Kvarsit hava şəraitinə, mexaniki təsirlərə və kimyəvi amillərə qarşı yüksək davamlılıq göstərir. Uzunömürlü və ekoloji təmiz materialdır.
İstifadə sahələri:
Landşaft və bağ dizaynı
Həyət və park abadlaşdırılması
Dekorativ daş örtüyü
Səki və yol kənarı bəzəyi
Fasad və interyer dekorasiyası
Tikinti və infrastruktur layihələri