
9
Layihə rəhbəri

По договорённости
Layihə rəhbəri
ПровереноВчера
Дата
Просмотры9
Номер№4531222
Описание
İş yeri: Qarabağ (Qubadlı)
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək;
Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək;
Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək;
Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək;
Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək;
Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək;
Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək;
Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək;
Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək;
Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir;
Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər;
Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı;
Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər;
Microsoft Office proqramları üzrə biliklər;
AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür;
Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı;
Analitik düşünmə və operativ qərarvermə bacarığı;
Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti;
Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
Ezamiyyət və regionda işləmək imkanına malik olmaq.
İş şəraiti
İş yeri: Qarabağ (Qubadlı)
İş qrafiki: 6 günlük iş rejimi
Qalmaq: Şirkət tərəfindən təmin olunur
Yemək: Şirkət tərəfindən təmin olunur
Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
Источник объявления
Открыть оригинал объявления© Cronos Construction jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА













