Prayk

Layihə Rəhbəri (İT İnfrastruktur)

По договорённости
Проверено1 нед. назад
Город
Bakı
Дата
Просмотры
13
Номер
№5532114

Описание

Əsas vəzifələr İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlaşdırmaq və idarə etmək; Layihələrin əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək; Layihələrin büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək; Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında koordinasiyanı təmin etmək; Layihə üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək; Layihə risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək; Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına nəzarət etmək; İT siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək; Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək; Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim etmək; Rəhbərlik tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil; Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi; İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə; Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə təcrübə; Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik; MS Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı; Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı; İT siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında anlayış; ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik arzuolunandır; Güclü liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları; Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı; Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar vermək bacarığı; Texniki və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı. Dil bilikləri Azərbaycan dili – sərbəst; İngilis dili – əla; Rus dili – əla. Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/203503/layihe-rehberi-it-infrastruktur
РЕКЛАМА