Qahirə, 1981-ci il. Ənvər Sadat hakimiyyətinin elan etdiyi “İnfitah” (“Açıq qapı”) iqtisadi proqramı xalq üçün sosial faciəyə çevrilir. Uğursuzluqla nəticələnən bu islahatlar cəmiyyəti kəskin şəkildə iki qütbə ayırır: yuxarı təbəqə sürətlə varlandığı halda, aşağı təbəqə gündəlik çörək dərdi çəkir. “Liderin qətl günü” romanı Misirin bu cür mürəkkəb iqtisadi-siyasi şəraitində həyatda sağ qalmaq, öz xəyallarını, arzularını həyata keçirmək üçün mübarizə aparan ailələrin faciəsindən bəhs edir. Köhnə nəsli təmsil edən, sufi dünyagörüşünə sahib baba Mühtəşimi Zayid, məişət qayğıları altında əzilən valideynlər və mənəviyyatla maddiyyat arasında gedib-gələn gənclər... On bir ildir nişanlı qalan Ülvan və Randanın ən böyük arzusu ayrıca ev alıb ailə qurmaqdır. Ancaq gənclər, görəsən, üzləşdikləri maddi çətinliklərin öhdəsindən gələ biləcəklərmi? Sevgilərini qoruyub saxlaya biləcəklərmi?
Müəllif: Nəcib Məhfuz
Nəşriyyat: Parlaq İmzalar
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 120
© libraff.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.