
Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssis - Gəncə şəhəri
Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssis - Gəncə şəhəri
По договорённости
ПровереноСегодня
ГородGəncə
Дата
Номер№3510001
Описание
“AZZA” QSC – bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkə “ Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssislər “vakansiyalarını elan edir.
Fəaliyyətimizin genişləndirilməsi ilə əlaqədar mağazalarımızda təmir, quraşdırma və texniki işlərin həyata keçirilməsi üçün texniki mütəxəssislər axtarırıq.
Vakant vəzifələr:
Elektrik
Kondisioner ustası
Soyuducu ustası
Texniki işçi
Əsas vəzifələr:
Mağazalarda təmir və texniki işlərin həyata keçirilməsi;
Elektrik avadanlıqlarına texniki xidmət və təmir işlərinin aparılması;
Kondisioner və soyuducu avadanlıqlarının texniki xidməti və təmiri;
Xırda təmir və təsərrüfat işlərinin görülməsi;
Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması;
Planlı və cari təmir işlərinin həyata keçirilməsi.
Komanda ilə işləmək bacarlığı olmalıdır.
İstifadə olunan təmir tikinti materiallarının konstruktiv xüsusiyətlərini, təyinatını, iş prinsiplərini və istismarı qaydalarını bilməlidir.
Namizədə tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
Məsuliyyətli və intizamlı olmaq;
Texniki biliklərə malik olmaq;
Nasazlıqların operativ şəkildə aradan qaldırılması bacarığı;
Şəxsi avtomobilin olması mütləqdir;
Səyyar iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
İş yeri: Gəncə şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarından asılı olaraq müəyyən edilir.
Namizədlərdən mövzu hissəsində “Mağazaların təmiri və texniki xidməti üzrə mütəxəssislər” vakansiyasının adını qeyd etməklə, fotoşəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/195490/magazalarin-temiri-ve-texniki-xidmeti-uzre-texniki-mutexessis-gence-seheri
Похожие объявления














