Makute Drel (Batareyalı) 12V – Model CD126
Kompakt ölçülü, yüngül və gündəlik işlər üçün rahat batareyalı drel. 12V Li-ion batareya ilə həm ev işlərində, həm də peşəkar montajda sürətli və dəqiq nəticə verir.
Əsas xüsusiyyətlər:
- 2 sürətli ötürücü:
- Aşağı sürət – dəqiq şuruplama
- Yüksək sürət – sürətli qazma
- Tənzimlənən fırlanma anı (tork) – vintlərin həddindən artıq batmasının və başlığın zədələnməsinin qarşısını alır
- Avtomatik sıxılan (keyless) patron – bit və matkap uclarının saniyələr içində dəyişdirilməsi
- Daxili LED işıqlandırma – qaranlıq künclərdə aydın işləmə imkanı
- Erqonomik, sürüşməyə qarşı rezin tutacaq – uzunmüddətli istifadə üçün rahatlıq
Texniki göstəricilər:
- Brend: Makute
- Model: CD126
- Güc: 12V (batareya gərginliyi)
- Gərginlik (şarj cihazı girişi): 100–240V
- Tezlik: 50–60 Hz
Qiymət: 65