Struktur: Maliyyə departamenti
İşin təsviri
Audit prosesində Big4 və ya digər auditorlarla əməkdaşlıq etmək, sorğuları cavablandırmaq;
Aylıq, rüblük və illik maliyyə bağlanışı prosesində (month-end/year-end closing) aktiv iştirak etmək;
Şirkətin maliyyə hesabatlarının IFRS standartlarına uyğun hazırlanması və təqdim edilməsində iştirak etmək;
Yerli uçot (vergi və milli uçot standartları) ilə IFRS arasındakı fərqləri təhlil etmək və uzlaşdırmaq;
Şirkətin əsas uçot siyasətinin hazırlanmasında və dövri yenilənməsində aktiv iştirak etmək, IFRS-də baş verən yenilikləri izləmək və tətbiq etmək;
Maliyyə göstəricilərini təhlil etmək, rəhbərliyə analitik hesabatlar hazırlamaq və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
MS Office proqramları ilə işləmək bacarığı;
İngilis dili biliyi;
IFRS üzrə bilik və praktiki tətbiq təcrübəsi mütləqdir;
Big10 audit şirkətlərində iş təcrübəsi üstünlükdür;
ACCA və ya müvafiq sahə üzrə digər beynəlxalq qurumların sertifikatlarına (xüsusilə FR və ya DipIFR) sahib olmaq üstünlükdür.
İş şəraiti
İş rejimi: 5 gün 09:00 – 18:00
İş yeri: Sumqayıt şəhəri;
Nahar və servis xidməti şirkət tərəfindən qarşılanır.
CV-lərinizi mövzu hissəsində “Maliyyə mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199634/maliyye-mutexessisi
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности