
Bakı13
Marketinq Baş Mütəxəssisi
Marketinq Baş Mütəxəssisi
По договорённости
Проанализировано1 нед. назад
ГородBakı
Дата
Просмотры13
Номер№5613456
Описание
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
Şirkətin marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş planların icrasını təşkil və koordinasiya etmək;
Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət;
Reklam agentlikləri, çap evləri, media nümayəndələri və digər təchizatçılarla işgüzar işgüzar yazışmalar və tapşırıqların icrasının koordinasiyası;
Təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq, büdcə və xərc optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Açıq hava reklamlarının planlaşdırılması, reklam yerlərinin seçilməsi, sifarişi, istehsalı və quraşdırılması proseslərini koordinasiya etmək;
Reklamların təsdiq edilmiş qrafikə, dizayn standartlarına və layihə tələblərinə uyğun yerləşdirilməsini təmin etmək;
Marketinq komandası ilə birlikdə tədbirlərin, təqdimatların, sərgilərin və digər tanıtım fəaliyyətlərinin planlaşdırılmasında və təşkilində iştirak etmək;
Daxili və xarici tədbirlər, eləcə də yeni layihələr üçün zəruri marketinq və reklam materiallarının hazırlanmasını koordinasiya etmək;
Layihələr üzrə marketinq fəaliyyətlərinin vahid vizual üsluba və korporativ brend standartlarına uyğunluğunu təmin etmək;
Rəqəmsal marketinq, sosial media və məzmun yaradılması fəaliyyətlərinin ümumi marketinq strategiyası ilə uzlaşdırılmasında iştirak etmək;
Marketinq fəaliyyətlərinin nəticələrini, büdcə istifadəsini və kampaniyaların effektivliyini təhlil etmək, müvafiq hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq;
Namizədə Tələblər:
Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi;
Marketinq strategiyasının planlaşdırılması, reklam kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə;
Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/204241/marketinq-bas-mutexessisi
РЕКЛАМА










