Prayk
Marketinq üzrə baş mütəxəssis — Marketing, reklam, PR
По договорённости

Marketinq üzrə baş mütəxəssis

ПровереноСегодня

№6403912·Просмотры: 6

Описание

İş şəraiti İş yeri: Baş ofis Şəhər: Bakı İş rejimi: Tam iş günü İş qrafiki: 5 günlük Vəzifə öhdəlikləri Şirkətin brendləri üzrə marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək; Bazar araşdırmaları aparmaq, rəqib şirkətlərin fəaliyyətini və bazar tendensiyalarını təhlil etmək; Hədəf auditoriyasını müəyyənləşdirmək, müştəri bazasının genişləndirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək; Marketinq kampaniyaları, reklam aksiyaları və tanıtım tədbirlərini planlaşdırmaq və təşkil etmək; SMM və PR strategiyasını müəyyənləşdirmək, sosial media fəaliyyətini və kontent planlarını idarə etmək; Şirkətin reklam, tanıtım və vizual kommunikasiya materiallarını hazırlamaq, qrafik dizayn işlərini həyata keçirmək; Filialların vizual tərtibatına, vitrinlərin və mağazadaxili reklam materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək; Mağaza və kafe interyerinin, müştəri təcrübəsini və brend imicini yaxşılaşdırmağa yönəlmiş vizual təkmilləşdirmə təklifləri hazırlamaq; Şirkətin media və ictimaiyyətlə əlaqələrini idarə etmək, KİV-də yayımlanan məlumatları, press-relizləri və sosial media fəaliyyətini izləmək; Marketinq komandasının fəaliyyətini təşkil etmək, tapşırıqları bölüşdürmək və nəticələrə nəzarət etmək; Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək, nəticələr üzrə hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri irəli sürmək. Namizədə tələblər Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Marketinq sahəsində minimum 5 il iş təcrübəsi; Rəqəmsal marketinq, SMM və PR istiqamətləri üzrə bilik və təcrübə; Kreativ kontent və reklam ideyaları hazırlamaq bacarığı; Adobe Photoshop, Adobe Illustrator, Canva və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı; Reklam bannerləri, posterlər, flayerlər, kataloqlar və digər vizual materialları müstəqil hazırlamaq bacarığı; Bazar araşdırması aparmaq, məlumatları təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti; Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı; Strateji düşünmə, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı; Təşəbbüskarlıq, kreativlik və yüksək məsuliyyətlilik. İş şəraiti Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik iş mühiti; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 26.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-marketinq-uzre-bas-mutexessis-157025
РЕКЛАМА