
2
Marketinq və satış direktoru
Marketinq və satış direktoru
1 000 ₼
ПровереноВчера
Дата
Просмотры2
Номер№5046228
Описание
Hotellər şəbəkəsi satış menecerləri və SMM əməkdaşlarından ibarət 10 nəfərlik komandaya rəhbərlik edəcək, marketinq və satış fəaliyyətini kompleks idarə edə bilən, təşəbbüskar və nəticəyönümlü mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
Satış və SMM komandasının işini planlaşdırmaq, tapşırıqların icrasına və nəticələrə nəzarət etmək.
Müştəri zənglərinin və sosial şəbəkə mesajlarının cavablandırılmasını yoxlamaq, satış keyfiyyətini artırmaq.
Əməkdaşlara satış təlimləri keçmək, hədəflər müəyyənləşdirmək və performanslarını qiymətləndirmək.
Reklam kampaniyalarını, marketinq büdcəsini və məzmun hazırlanmasını idarə etmək.
Bazar və rəqibləri təhlil etmək, yeni müştərilər və tərəfdaşlar cəlb etmək.
Müştəri bazasını və təkrar əlaqələri nəzarətdə saxlamaq.
Gündəlik, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.
Ehtiyac yarandıqda yeni əməkdaşların seçilməsini, əvəzlənməsini və işə uyğunlaşdırılmasını təşkil etmək.
Namizədə tələblər:
Marketinq və satış sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən ən azı 1 il baş mütəxəssis və ya rəhbər vəzifədə təcrübə.
Komanda idarəetməsi, iş bölgüsü, təlim və nəticələrə nəzarət bacarığı.
Meta Ads və TikTok Ads üzrə praktik təcrübə; əvvəlki kampaniyalardan ölçülə bilən real nəticələr təqdim etmək bacarığı.
Marketinq strategiyası, büdcə planlaması, bazar və rəqib analizi üzrə biliklər.
Satış və reklam göstəricilərini, müştəri cəlbetmə xərcini və reklam gəlirliliyini təhlil etmək bacarığı.
CRM sistemləri ilə işləmək və müştərilərlə əlaqə prosesini sistemli təşkil etmək bacarığı.
Güclü təqdimat, kommersiya təklifi hazırlama və danışıqlar aparma bacarığı.
Dizayn proqramlarından istifadə və vizual materiallar hazırlamaq bacarığı.
Video montaj proqramları və video hazırlanması prosesi haqqında anlayış.
Süni intellekt alətlərindən istifadə, effektiv promptlar yazmaq və süni intellekt vasitəsilə videolar hazırlamaq bacarığı.
Ofis proqramlarında, xüsusilə *Excel və PowerPoint-də*, hesabatlar, cədvəllər və təqdimatlar hazırlamaq bacarığı.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət.
Yüksək analitik düşüncə, operativ qərarvermə, təşkilatçılıq və problem həll etmə bacarığı.
İnkişafa və yenilikləri öyrənməyə meyilli olmaq, müxtəlif istiqamətlərdə paralel işləmək və nəticələrə görə məsuliyyət daşımaq.
Əməkhaqqı: 1 000–1 200 AZN + satışdan bonus.
CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Marketinq və satış direktoru” qeyd etməklə göndərin.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 23.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/zade-group-mmc-marketinq-ve-satis-direktoru-154635
РЕКЛАМА





