Prayk

Mayalandırma mütəxəssis

По договорённости
ПровереноВчера
Город
Kürdəmir
Категория
Другое
Дата
Просмотры
4
Номер
№5445195

Описание

Vəzifəyə tələblər: Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili; Süni mayalanma sahəsində praktiki iş təcrübəsi; İribuynuzlu heyvanlarda reproduktiv fiziologiya və cinsi dövrün xüsusiyyətləri üzrə bilikl ər; Süni mayalanma texnikası və mayalanma prosesinin təşkili üzrə təcrübə; Hamiləliyin müəyyən edilməsi və reproduktiv göstəricilərin qiymətləndirilməsi üzrə biliklər; Heyvanların identifikasiyası və reproduktiv məlumatların qeydiyyatının aparılması bacarığı. Vəzifə öhdəlikləri: Heyvanların reproduktiv dövrünü mütəmadi izləmək və süni mayalanma prosesini həyata keçirmək; Mayalanma üçün nəzərdə tutulan heyvanların sağlamlıq və reproduktiv vəziyyətini qiymətləndirmək; Mayalanmadan sonra heyvanların reproduktiv vəziyyətini izləmək və hamiləliyin müəyyən edilməsini təmin etmək; Reproduktiv problemləri vaxtında aşkar etmək və onların aradan qaldırılması istiqamətində baytar həkimlə birgə fəaliyyət göstərmək; Mayalanma, hamiləlik, doğuş və digər reproduktiv göstəricilərlə bağlı məlumatların qeydiyyatını aparmaq və müvafiq hesabatlar hazırlamaq; Sürünün reproduktiv effektivliyinin artırılması və doğuşlararası intervalın optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək; Təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun olaraq reproduktiv proseslərin səmərəli idarə edilməsinə və süd istehsalının davamlılığının təmin olunmasına dəstək göstərmək. İş şərtləri: İş ünvanı: Kürdəmir rayonu; İş qrafiki: 6 günlük; Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssis” qeyd etməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/203038/mayalandirma-mutexessis
РЕКЛАМА