Prayk
Məlumatların Təhlili üzrə Mütəxəssis (Data Scientist) — İT, telekommunikasiya, Bakı
По договорённости

Məlumatların Təhlili üzrə Mütəxəssis (Data Scientist)

ПровереноСегодня
Город
Bakı
Дата
Просмотры
5
Номер
№5679039

Описание

Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək;Məlumatlar üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və qanunauyğunluqları müəyyən etmək;Proqnozlaşdırıcı və təsnifat modelləri daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq;Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni xüsusiyyətlər (Features) yaratmaq;Müxtəlif modelləri və alqoritmləri qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında ölçmək;Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək;Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları müəyyənləşdirmək;Data Science həllərinin Production mühitinə inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq etmək;Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin yenilənməsində iştirak etmək;Data Science layihələrinin nəticələrini, istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək;Yeni analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına uyğun tətbiqində iştirak etmək. Tələblər: Müvafiq sahə üzrə bakalavr təhsili;Data Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;SQL üzrə biliklər;Machine Learning alqoritmləri və onların tətbiqi üzrə biliklər;Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə biliklər;EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik və təcrübə;Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması, qiymətləndirilməsi və optimallaşdırılması bacarığı;MS Office proqramları ilə işləmək bacarığı;Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;Analitik düşünmə və problem həll etmə bacarığı;Qərarvermə, ünsiyyət və təqdimat bacarıqları;Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı. İş yeri:Heydər Əliyev adına Beynəlxalq Hava Limanı. İş şəraiti:5 günlük Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-melumatlarin-tehlili-uzre-mutexessis-data-scientist-84513240/apply
РЕКЛАМА