Prayk

Məsləhətçi

600 ₼
Проверено2 нед. назад
Город
Bakı
Дата
Номер
№2343136

Описание

BAKVISTA MMC olaraq komandamıza ofisdə çalışacaq xanım əməkdaş axtarırıq. ŞİRKƏT HAQQINDA BAKVISTA MMC, psixoloq, diyetoloq və məsləhətçiləri danışanlarla birləşdirən onlayn platformadır. Türkiyə ve Azərbaycan’da aktiv fəaliyyət göstəririk.Süretle planlanan ölkelerde fəaliyyəte keçilir. Platformamız vasitəsilə danışanlar onlayn və üz-üzə məsləhətçilik xidmətlərinə asanlıqla çata bilirlər. Biz həmçinin xəstə transferi (hasta yönləndirmə) xidmətləri də təqdim edir, müxtəlif ölkələrdəki partnyorlarımızla əməkdaşlıq edirik. İş şəraiti Tam ştat, ofisdə iş İş saatı: 09:00 dan-18:00 dək (bazar ertəsi - cümə) Rəqabətqabiliyyətli əmək haqqı (müsahibədə razılaşdırılır) Gənc və dinamik komandada işləmək imkanı Peşəkar inkişaf imkanları Beynəlxalq şirkətdə təcrübə qazanmaq fürsəti. Telefon və Müştəri Xidmətləri Şirkətə gələn zəngləri cavablandırmaq və müştəriləri istiqamətləndirmək Müştərilərlə effektiv ünsiyyət qurmaq və onların sorğularını idarə etmək Potensial danışanlara platformamız, xidmətlərimiz və qeydiyyat prosesi haqqında məlumat vermək Sosial Media və Onlayn Sorğular Sosial mediadan (Instagram, Facebook, WhatsApp, Telegram) gələn sualları cavablandırmaq Şablon cavablardan kənar suallar üçün müvafiq departamentlərə istiqamətləndirmə aparmaq Onlayn qeydiyyat prosesində köməklik göstərmək Sənəd Dövriyyəsi və Formlar Müşteri transferi üçün daxil olan formaları qəbul etmək və yoxlamaq Partnyorlardan və digər ofislərimizdən daxil olan formları müvafiq departamentlərə çatdırmaq Formaların və sənədlərin təqibini təmin etmək, cavablandırılma prosesini izləmək Məsləhətçi qeydiyyat formalarını və danışan qeydiyyat sənədlərini idarə etmək Qeydiyyat və Məlumatlandırma Yeni danışanlara və məsləhətçilərə qeydiyyat prosesi barədə addım-addım təlimat vermək Qeydiyyat üçün tələb olunan sənədlər haqqında məlumatlandırma aparmaq Online məsləhətçilik xidmətləri və platformadan istifadə qaydaları barədə sualları cavablandırmaq Partnyorlarla Əlaqə Partnyor şirkətlərdən gələn sorğuları qəbul etmək və müvafiq şöbələrə çatdırmaq Partnyorlarla yazışmaları aparmaq və təqib etmək Digər ofislərimizlə koordinasiyanı təmin etmək Digər Ofis İşləri Daxili və xarici sənəd dövriyyəsini idarə etmək Ofis işlərinin təşkilində köməklik göstərmək Görüş və tədbirlərin təşkilində dəstək olmaq. Əmək haqqı: 500-600 AZN

Похожие объявления

Tour manager — Bakı
По договорённости

Tour manager


Bakı27.09.2026