"Tekoplast" şirkəti Balaxanıda yerləşən zavod şəraitində çalışacaq Mexanik vəzifəsi üzrə işçilər dəvət edir.
Əsas öhdəliklər:
* Zavod ərazisindəki istehsalat avadanlıqlarının, dəzgahların və mexanizmlərin texniki xidmətini və təmirini həyata keçirmək;
* Yaranan texniki nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
* Avadanlıqların dövri profilaktik baxışını keçirmək;
* Çilingər-yığma və təmirlə bağlı digər texniki işləri icra etmək;
* Texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət etmək.
Tələblər:
* Zavod və ya istehsalat sahəsində müvafiq vəzifə üzrə iş təcrübəsi;
* Avadanlıqların və mexanizmlərin iş prinsiplərini bilmək;
* Çilingər alətləri ilə işləmək bacarığı;
* Məsuliyyətlilik, operativlik və fiziki dözümlülük.
Qaynaq və dülgər işlərini bilənlərə üstünlük verilir.
İş şəraiti:
* Ünvan: Bakı şəhəri, Balaxanı qəsəbəsi;
* İş qrafiki: 6 günlük iş həftəsi (09:00 – 18:00);
* Əmək haqqı: İşgüzarlığa və təcrübəyə görə (müsahibə əsasında təyin olunur);
* AR Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə.
Müraciət üçün:
Maraqlanan namizədlər telefon nömrəsi ilə əlaqə saxlasınlar. Göndərilən CV lərə baxılmır.
© Əvəz M. · tap.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.