
16
Mexaniki Yığım Operatoru (Müdafiə sənayesi və ya elektronika üzrə)

800 ₼
Mexaniki Yığım Operatoru (Müdafiə sənayesi və ya elektronika üzrə)
ПровереноСегодня
Описание
İş şəraiti
Departament - İstehsalat və Mühəndislik departamenti / İstehsalat şöbəsi
İş qrafiki - 5 günlük iş həftəsi
İş yeri - Bakı (gələcəkdə Sumqayıt nəzərdə tutulur)
İş saatları - 09:00 – 18:00 (gün ərzində istirahət və nahar fasiləsi üçün 1 saat vaxt ayrılır)
Əmək haqqı
Vaxtamuzd əmək haqqı sistemi əsasında hesablanır. Göstərilən məbləğlər vergilər tutulduqdan sonrakı xalis əmək haqqıdır:
Sınaq müddəti (3 ay): aylıq 800 AZN (net)
Sınaq müddətinin müvəffəqiyyətlə yekunlaşmasından sonra aşağıdakı vəzifələr üzrə inkişaf planı təklif olunur:
Dərəcə I — 1 200 AZN (net)
Dərəcə II — 1 400 AZN (net)
Dərəcə III — 1 600 AZN (net)
Əmək müqaviləsi
Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır.
Əmək funksiyaları
Texniki rəsm və sxemlər əsasında mexaniki qovşaqların və hissələrin yığılmasını həyata keçirmək;
Lehimləmə işlərinin icrası;
Yığım prosesində əl və pnevmatik alətlərdən, həmçinin müvafiq quraşdırma avadanlıqlarından təlimatlara uyğun istifadə etmək;
Yığılan hissə və qovşaqların ölçü və uyğunluğunu ölçü alətləri (ştangensirkul, mikrometr və s.) ilə yoxlamaq;
Bağlantı elementlərinin (bolt, qayka, pərçim və s.) müəyyən edilmiş moment və standartlara uyğun sıxılmasını təmin etmək;
İstehsal prosesində aşkar edilən qüsur və uyğunsuzluqları vaxtında bildirmək və aradan qaldırılmasında iştirak etmək;
İş yerində alət və avadanlıqların qulluğunu aparmaq, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Növbə ərzində yerinə yetirilən işlər üzrə müəyyən edilmiş formada hesabat və qeydiyyat aparmaq;
Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena normalarına riayət etmək;
Rəhbərliyin tapşırığı əsasında istehsal prosesi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Texniki təhsil (elektronika, robotexnika, mexanika, maşınqayırma və ya oxşar ixtisas üzrə üstünlük təşkil edir);
Mexaniki yığım və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də nəzərdən keçirilir);
Texniki rəsm və sxemləri oxumaq bacarığı;
Ölçü alətləri ilə işləmək bacarığı;
Lehim işləri bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və komanda daxilində işləmək bacarığı;
Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
Telefon: 010 239 50 16
Maaş: 800 AZN
Son müraciət tarixi: 25.12.2026
Источник объявления
Открыть оригинал объявления© Company jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА












