
Bakı3
Mühasib
Mühasib
По договорённости
ПровереноВчера
Описание
Vəzifə öhdəlikləri:
Bank əməliyyatlarının ERP-mühasibatlıq bazasında işlənməsi;
Qaimələrin tərtib edilməsi;
Debitor borclarının uçotuna nəzarət edilməsi, üzləşmələrin aparılması və zəruri düzəlişlərin həyata keçirilməsi;
Bank hesabları üzrə üzləşdirmələrin (Bank Reconciliation) aparılması üçün təsdiqedici sənədlərin və məlumatların hazırlanması;
Kreditor borcları (Accounts Payable – AP) və ödəniş əməliyyatları üzrə məsul əməkdaşa dəstək göstərilməsi, zərurət yarandıqda həmin funksiyaların əvəz edilməsi;
Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə dair tələblər:
Ali təhsil (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə);
MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə bacarığı (formullar, Pivot Table, VLOOKUP/XLOOKUP);
Mikro və ya digər mühasibat uçotu proqramları ilə işləmə bacarığı;
ERP sistemləri üzrə biliklərin olması üstünlükdür.
PMS, ACCA və digər yerli və beynəlxalq sertifikatların olması üstünlükdür;
Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (ingilis və ya rus dili biliyinin olması üstünlükdür);
Analitik düşünmə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Müstəqil qərarvermə və təşəbbüskarlıq.
İş şəraiti:
Əmək haqqı: Razılaşma yolu ilə
İş rejimi: 5 günlük;
İş saatı: 09:00-18:00;
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu.
Vakansiyaya müraciət etmək üçün namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197932/muhasib
Похожие объявления














