Tələblər:
Müvafiq sahədə ali təhsil diplomu
Minimum 3 il mühasib təcrübəsi olmalı (Consulting firmalarda olması arzuolunandır);
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
1C 8.3 mühasibat proqramında mükəmməl, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yaxşı səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:
Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
Vergi və mühasibat uçotunu aparmaq;
Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
Debitor və kreditor hesablaşmaları aparmaq;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Gündəlik və aylıq hesabatları tərtib etmək;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika, Mənfəət vergisi hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Məxfilik prinsiplərini pozmamaq.
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla yerinə yetirmək;;
Bizim təklif etdiklərimiz:
Mehriban, dinamik və daim köməyə hazır komanda;
5 günlük iş rejimi;
Korporativ nömrə və danışıq balansı;
Şəxsi və peşəkar inkişaf;
Ofisin mərkəzdə yerləşməsi;
Əmək haqqı: 1200 AZN (artan).
Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 16.11.2026
© İntex Audit and Consulting MMC · jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.