Vəzifə öhdəlikləri
Debitor və kreditorların nəzarətdə saxlanılması, məlumatların üzləşdirilməsi, sənəd dövriyyəsinin idarəedilməsi;
Anbara daxil olan və anbardan çıxan mal-materiallara nəzarət;
İdxal edilən ehtiyyat hissələrinin kalkulyasiya edilməsi və maya dəyərinin çıxarılması;
Şirkətdə göstərilən xidmətlər və satılmış mallara görə qaimələrin 1 C və E taxes proqramlarına işlənməsi ;
Servisə aid xidmət müqavilələrinin hazırlanması və qiymət təkliflərinin müştərilərə yönləndirilməsi;
Mal-material və xidmətlərin alış və satış əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək;
Anbar qalıqlarının dəqiqliyini yoxlamaq və anbar hərəkətlərinə nəzarət etmək;
Audit və vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək və prosesdə iştirak etmək;
Gündəlik kassaya nəzarət;
Rəhbərliyə aylıq maliyyə nəticələri və satış göstəriciləri barədə hesabat təqdim etmək;
Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
Namizədə dair tələblər
Minimum 2 il mühasibatlıq sahəsində iş təcrübəsi;
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
Microsoft Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilmək;
Azərbaycan dili mükəmməl, rus dili biliyi üstünlükdür;
Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.
İş şəraiti
İş qrafiki: həftə içi 6 gün, 10:00–18:00; şənbə günü 10:00-15:00
Əməkhaqqı 1000 AZN
İş yerinin ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 44 A
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 26.12.2026
© Azermash · jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.