Prayk
Mühasib-operator — Maliyyə
800 ₼

Mühasib-operator

ПровереноСегодня
Категория
Финансы
Дата
Просмотры
6
Номер
№4095096

Описание

Grinco MMC şirkətin gündəlik maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və sistemli şəkildə icrasını təmin edəcək Mühasib-operator axtarır. Bu vəzifə ilkin mühasibat sənədlərinin hazırlanması, elektron qaimələr, bank əməliyyatları, debitor-kreditor hesablaşmaları, mal-material hərəkətləri və daxili uçot proseslərinin aparılmasını əhatə edir. Vəzifə öhdəlikləri Alış və satış əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatının aparılması; Elektron qaimələrin hazırlanması, göndərilməsi, qəbul edilməsi və statuslarının izlənilməsi; Hesab-faktura, təhvil-təslim aktı, müqavilə və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması; Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının sistemə işlənməsi; Debitor və kreditor borclarının gündəlik izlənilməsi və üzləşmələrin aparılması; Müştəri və təchizatçılar üzrə ödəniş və borc vəziyyətinin nəzarətdə saxlanılması; Anbara daxil olan və anbardan çıxan malların sənədlər üzrə uçotunun aparılması; Anbar, alış və satış məlumatlarının mühasibat/ERP sistemi ilə uyğunluğunun yoxlanılması; Müqavilə, sifariş, qaimə, akt və ödəniş sənədlərinin qarşılıqlı uyğunluğunun yoxlanılması; İlkin mühasibat sənədlərinin elektron və fiziki arxivinin sistemli şəkildə aparılması; Aylıq bağlanış üçün tələb olunan sənəd və məlumatların hazırlanması; Xarici mühasibat/consulting xidməti və şirkət rəhbərliyi ilə mühasibat məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi; Rəhbərliyə debitor-kreditor, ödənişlər, satışlar və digər əməliyyatlar üzrə tələb olunan hesabatların təqdim edilməsi; Şirkətdaxili maliyyə və kommersiya məlumatlarının məxfiliyinin qorunması. Namizədə tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Mühasib-operator, mühasib köməkçisi və ya oxşar vəzifədə minimum 1–2 il iş təcrübəsi; 1C və MS Excel proqramlarında yaxşı işləmə bacarığı; ERP proqramları ilə işləmə təcrübəsi üstünlükdür; e-taxes, e-qaimə və internet banking sistemləri ilə işləmək bacarığı; İlkin mühasibat uçotu və sənəd dövriyyəsi barədə yaxşı bilik; Debitor-kreditor hesablaşmaları və üzləşmə proseslərini bilməsi; Sənədlərlə işləyərkən yüksək diqqət və dəqiqlik; Tapşırıqları son tarixlərə uyğun və məsuliyyətlə icra etmək bacarığı; Analitik düşüncə, operativlik və komanda ilə işləmək bacarığı. İş şəraiti İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı İş günləri: Bazar ertəsi – Cümə, həftədə 5 gün İş saatı: 08:30 – 17:30 Əmək haqqı: 800–1,000 AZN NET, namizədin bilik və təcrübəsindən asılı olaraq Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühasib-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq. Maaş: 800 AZN Son müraciət tarixi: 07.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/grinco-muhasib-operator-153234

Похожие объявления

Auditor — Bakı
По договорённости

Auditor


BakıСегодня 18:30