



Nəqliyyat koordinatoru
Описание
Seylab Su şirkəti nəqliyyat proseslərinin idarə olunması və gündəlik fəaliyyətin təşkili üçün təcrübəli koordinator (bəy namizəd) axtarır.
Əmək haqqı: 1500 azn
Yaş: 35–55
İş rejimi: 08:30–19:00, 6 günlük iş həftəsi (bazar günü istirahət)
İş yeri: Binəqədi rayonu, İbrahim Paşa Dadaşov küç. 68B (Azadlıq metrosunun yaxınlığı)
Əsas vəzifələr:
* Gündəlik çatdırılmaların və avtomobillərin iş bölgüsünün təşkili;
* GPS sistemi üzərindən nəqliyyat vasitələrinin marşrutlarının izlənməsi;
* Sürücü və ekspeditorların iş qrafikinə və fəaliyyətinə nəzarət;
* Yanacaq istifadəsinin uçotu və müvafiq sənədlərin yoxlanılması;
* Avtomobillərin texniki sazlığının, təmizliyinin və sığorta sənədlərinin izlənməsi;
* Yol cərimələri, parklanma xərcləri və avtomobil məlumatlarının daxili sistemdə qeydiyyatının aparılması.
Namizədə tələblər:
* Nəqliyyat və ya logistika sahəsində ən azı 2-3 il təcrübə;
* İş proseslərini planlaşdırmaq və əməkdaşları koordinasiya etmək bacarığı;
* Bakı şəhərinin küçə və marşrutlarına yaxşı bələd olmaq;
* Sənədlərlə işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
Müraciət qaydası: CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.





