Prayk
Ofis meneceri — HR, kadr
550 ₼

Ofis meneceri

Проверено2 дн. назад
Категория
HR, кадры
Дата
Просмотры
1
Номер
№3852198

Описание

SR Logistics and Transport MMC komandamıza qoşulmaq üçün məsuliyyətli və operativ Ofis meneceri axtarır. Əsas vəzifələr: Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi; Telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi; Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması və yönləndirilməsi; Məktubların və kuryer göndərişlərinin qəbulu; Ofis ləvazimatlarına nəzarət və sifarişlərin təşkili; Ofisin gündəlik inzibati işlərinə dəstək göstərilməsi; Əməkdaşlarla bağlı inzibati məsələlərin koordinasiyası; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Namizədə tələblər: Səliqəli və işgüzar görünüş; Yüksək ünsiyyət bacarığı; Azərbaycan dilində sərbəst danışıq bacarığı — rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; 20–35 yaş aralığında olan namizədlərə üstünlük verilir. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00–18:00; İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi; Nahar: Şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 550 AZN (xalis). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər Maaş: 550 AZN Son müraciət tarixi: 05.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/sr-logistics-and-transport-llc-ofis-meneceri-153011

Похожие объявления

Ofis meneceri
По договорённости

Ofis meneceri


Сегодня 17:07
HR Manager
По договорённости

HR Manager


02.10.2026